Yazını böyüt
Yazını kiçilt
Sabunçuda təkər emalı sexində və anbarda yanğın olub.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb. Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.